Azərbaycan ordusu daha bir əməliyyatı uğurla icra edib.
Kəlbərə və keçmiş Ağdərə rayonları ərazisində yerləşən Buzdux dağı və ətrafındakı yüksəkliklər ordumuzun tam nəzarəti altına keçib. Hazırda həmin yüksəklikdə Azərbaycanın 3 rəngli bayrağı dalğalanır. Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilib ki, bölmələrimiz tərəfindən ərazidə aparılan dəqiqləşdirmələr nəticəsində Buzdux dağı və ətrafındakı yüksəkliklər Azərbaycan Ordusunun nəzarəti altına keçib.
Hərbi ekspert Ədalət Verdiyevin sözlərinə görə, daha əvvəl bu ərazilər Rusiya sülhməramlılarının nəzarəti altında olduğundan qanunsuz erməni hərbi birləşmələri özlərini daha sərbəst hiss edirdilər və zaman-zaman da təxribatlara yol verirdilər. Ancaq ''Qisas'' əməliyyatının son mərhələsində Buzduğ dağı düşməndən tamamilə azad olunaraq ordumuzun nəzarətinə altına keçdi.
Qeyd edək ki, Buzduğ dağının hündürlüyü təxminən 2374 metrdir.Bu ərazidən gidər yüksəkliklər müşahidə altında saxlamaq mümkündür.