Qəbələ rayonunun Savalan kəndində ağır yol nəqliyyat hadisəsi baş verib. İki minik avtomobilinin toqquşması nəticəsində 39 yaşlı sürücü Sadiq Əliyev, aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində ölüb. Digər avtomobildəki sürücü Elsevər Cəfərov və 3 sərnişin - Yaqub Səfərov, Tural Qarayev, Mehriban Səfərova isə xəsarət alıblar.
Ucarda isə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Ucar rayonunun Xalac kəndində qeydə alınıb. Zərdab rayon sakini, 27 yaşlı Tofiq Qurbanov idarə etdiyi minik maşını ilə hərəkətdə olan zaman yolu keçən piyada, Xalac kənd sakini, 58 yaşlı Hüseyn İsmayılovu vurub. Ağır bədən xəsarətləri alan Hüseyn İsmayılov hadisə yerində dünyasını dəyişib.
Qeyd edilən faktla bağlı araşdırma aparılır.