Avqustun ikisində Daxili İşlər Nazirlyinin "102" qaynar xəttinə Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində 1 nəfər maskalı naməlum şəxsin xanım vətəndaşın evinə daxil olaraq ona kəsici alətlə xəsarət yetirməsi və evdən külli miqdarda pul və qızıl-zinət əşyalarının oğurlanması barədə məlumat daxil olub. Dərhal hərəkətə keçən Tovuz polisi qısa zamanda isti izlərlə hadisəni törədən şəxsin kimliyini bəlli edib. Eşitdikləriniz sizlərə də şok yaşadacaq. Həyat yoldaşının 35 min manat pulunu gizli xərcləyən qadının yalanı üzə çıxıb.
35 min manat pulu həyat yoldaşından gizlin xərclədi . Sonradan pulun taleyi ilə bağlı ərinə nə deyəcəyini bilməyən qadın evə basqın adı altında səhnə hazırlayıb.
Guya 1 nəfər maskalı naməlum şəxs 39 yaşlı Sevin Süleymanovanın evinə daxil olaraq ona kəsici alətlə xəsarət yetirərək evdən külli miqdarda pul və qızıl-zinət əşyalarını oğurlayıb. Tovuz polisi Daxili İşlər Nazirlyinin "102" qaynar xəttinə daxil olan məlumata əsasən təxirəsalınmaz əməliyyat tədbirləri həyat keçirib. Nəticədə ərini və polis orqanlarını aldadan ev sahibəsinin yalanı üzə çıxıb. Məlum olub ki, qadın baş verənləri özü planlaşdıraraq həyata keçirib. Üç uşaq anası olan gəlinin qaynanası isə onun əqli problemi olduğunu bildirib.
Araşdırmalar zamanı xanımın özünə xəsarət yetirdiyi kəsici alət, yanıcı maddə, və müəyyən məbləğdə milli və xarici əskinaslarla pul da maddi sübut kimi aşkar edilərək götürülüb.
Hazırda Sevinc Süleymanovanın himayəsində ikisi qız, biri oğlan olmaqla üç övlad var. Ailədən bildirilib ki, hazırda onun müalicəsi ev şəraitində davam etdirilir.