Xəzər Xəbər

Yol polisindən XƏBƏRDARLIQ: Bu sürücülər barədə ciddi tədbirlər görüləcək VİDEO

Veb TV | 20:15 • 5 Avqust 2022
Yol polisindən XƏBƏRDARLIQ: Bu sürücülər barədə ciddi tədbirlər görüləcək

Baş Dövlət Yol Polis İdarəsi, atmosferə atılan zəhərli tullantıların ətraf mühitə və insan sağlamlığına vurduğu zərərin qarşısının alınması məqsədilə reyd keçirib. Reyd zamanı nəqliyyat vasitəsi texniki baxışdan keçmiş olsa da, nasaz olan avtomobillər də olub.

Baş Dövlət Yol Polisi İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə respublika ərazisində reyd keçirib. Reyd zamanı havaya buraxdığı zəhərli qaz miqdarı qanunvericiliyin tələblərinə uyğun olmayan nəqliyyat vasitələrinin sürücüləri saxlanılıb.

Reyd zamanı saxlanan sürücülərin bəzisi avtomobildə yaranmış nasazlıqdan bixəbər olduğunu, bəzisi isə bu problemin indi yarandığını bildirib.

Baş dövlət yol polis idarəsinin inspektoru Elnur Abbasov bildirdi ki, saxlananlar arasında texniki baxışdan keçmiş sürücülər də var. Onlara da avtomobildəki nasazlıqların aradan qaldırılması üçün xəbərdarlıq edildi.

Reyd zamanı zəhərli qazların miqdarı normativ tələbləri aşmayan avtomobillərə də rast gəlindi.

Qeyd edək ki, avtonəqliyyat vasitələrinin atmosferə atılan zəhərli tullantıların ətraf mühitə və insan sağlamlığına vurduğu zərərin qarşısının alınması məqsədilə, cari ilin avqust ayının 1-dən sentyabr ayının 1-dək ETSN ilə birgə respublika ərazisində təmiz hava aylığının keçirilməsinə başlanıb.

Xəbər lenti

Çox oxunanlar