Təəssüf ki, yollar yenə də qəzasız ötüşməyib. Goranboyda idarəetmədən çıxan avtomobil aşıb, 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb. Salyanda da avtomobilin aşması nəticəsində 1 nəfəri ölüb, 2 nəfər xəsarət alıb.
Goranboy-tərtər yolunun rayonun Xanqərvənd kəndindən keçən hissəsində ağır yol qəzası baş verib. İdarəetməni itirən sürücü əvvəlcə avtomobili yol kənarındakı ağaca çırpıb, zərbənin gücündən maşın yoldan bir neçə metr kənara aşıb. Ağır qəza zamanı 33 yaşlı Əli Babayev hadisə yerində dünyasını dəyişib. Sürücü və daha bir sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq goranboy rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Hadisənin baş vermə səbəbləri araşdırılır.
Salyandakı qəza da ölümlə nəticələnib. Hadisə yeni Ələt-Astara magistral yolunun rayon ərazisindən keçə hissəsində qeydə alınıb. Belə ki, "hərəkətdə olan avtombil anidən idarəetmədən çıxıb və yolun kənarındakı dərəyə yuvarlanıb. Qəza nəticəsində təxminən bir qadın hadisə yerində ölüb, iki nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyətlərinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.