Arxasında qaynayan qazana yaxınlaşdıqdan sonra tarazlığını saxlaya bilməyən şəxs faciəvi şəkildə ölüb.
Dəhşətli hadisə Hindistanda baş verib.
Belə ki, Hindistanın cənubundakı Tamil Nadu ştatında bir nəfər qaynayan qazanlardan birinə düşüb. Festival üçün hazırlanan sıyıq qazanına düşən 54 yaşlı kişinin köməyinə ətrafdakılar gəlsə də, qəzanın istisindən kişini xilas etməkdə çətinlik çəkiblər. Sonra bir nəfər qazanı yıxıb, adamı qazandan çıxarıb.
Lakin bədəninin 65 faizi yanan şəxs aparıldığı xəstəxanada dünyasını dəyişib.