Bu il "son zəng" tədbirlərinin keçirilmə qaydası açıqlanıb.
Xezerxeber.az-ın məlumatına görə, təhsil naziri Emin Əmrullayev deyib ki, pandemiya şəraitinin davam etdiyi nəzərə alınaraq, mövcud qaydalar əsasında "son zəng" şənliyinin keçirilməsi nəzərdə tutulub.
Nazir uşaq bağçaları ilə bağlı vahid məlumat sisteminin yaradılacağını da bildirib. Onun sözlərinə görə, sözügedən yenilik bağçalara qəbulu daha da asanlaşdıracaq.
Emin Əmrullayev paytaxt Bakı və Abşeron rayonundakı orta məktəblərdə şagird sıxlığına da diqqət çəkib. Bildirib ki, bunun aradan qaldırılması üçün yeni məktəblər istifadəyə veriləcək.
Nazir universitet yataqxanaları ilə bağlı məsələyə də aydınlıq gətirib. Onun sözlərinə görə, ali təhsil müəssisələrinin mövcud yataqxana binalarının yenilənməsi ilə bağlı 2 istiqamətdə iş görülür.
Emin Əmrullayev əlavə edib ki, ölkəmizdə tədrisin distant forması yaradılacaq. Bu istiqamətdə qanunvericilik bazasının formalaşması üçün Milli Məclisin Elm və təhsil komitəsi ilə birgə müzakirələr aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: