Xəzər Xəbər

Karantin cərimələri ləğv oluna bilər AÇIQLAMA/VİDEO

"Artıq cərimələrin ləğvi zərurətdir"
Veb TV | 10:22 • 4 May 2022
Karantin cərimələri ləğv oluna bilər

Maska tələbinin aradan qalxmasından sonra insanların gözlədiyi daha bir qərar var: karantin rejimi qaydalarının pozulmasına görə cərimələrin ləğv olunması. Çünki bəziləri hələ də belə qayda pozuntularına görə cərimələrini ödəməyiblər.

Xezerxeber.az-ın məlumatına görə, millət vəkili Razi Nurullayev "Xəbər Ertəsi"nə bildirir ki, cərimənin tətbiq edilməsində məqsəd insanların sağlamlığının qorunması idi.

Amma bir sıra məhdudiyyətlərin yumşaldılması əsas verir ki, bu cərimələr də ləğv olunsun.

Millət vəkili deyir ki, bir sıra Avropa ölkəsində sözügedən qərar verilib və Azərbaycanda da bu hal artıq zəruri hesab edilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti