Abşeron rayonu, Xırdalan şəhərində iri gövdəli tut ağacları kəsilərək məhv edilib, zeytun ağacları isə kökündən çıxarılıb.
Xezerxeber.az-ın məlumatına görə, araşdrıma zamanı məlum olub ki, ərazi Nigar Nibiyeva adlı şəxsə məxsudur.
Naməlum şəxslər ötən gün əraziyə gələrək xüsusi alətlərdən istifadə etməklə ağacları məhv ediblər. Məsələ ilə bağlı mülkiyyət sahibi ilə əlaqə cəhdimiz baş tutmadı.
Hadisə yerinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı şöbəsinin əməkdaşları da gəldi. Dərhal araşdırmalara başlanıldı. Məlum oldu ki, ərazidə üç iri gövdəli tut ağacı kəsilərək məhv edilib, 13 ədəd zeytun ağacı isə kökündən çıxarılıb.
Sakinlər iddia edirlər ki, yaşayış binasının qarşısında olan iri gövdəli ağaclar bilərəkdən kəsilərək aparılır. Yerində isə hansısa bir iaşə obyekti tikilə bilər.
Ərazidə olarkən özünü təqdim etmək istəməyən şəxs çəkilişi dayandırmağımızı istədi.
4 saylı Ekologiya və təbii sərvətlər şöbəsindən bildirildi ki, hadisə ilə bağlı araşdırmalar tam yekunlaşandan sonra məsələyə tam hüquqi qiymət veriləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: