Xəzər Xəbər

Aktyor qaraciyər sirrozundan əziyyət çəkir - Onun maddi dəstəyə ehtiyacı var VİDEO

Veb TV | 19:44 • 14 Aprel 2022
Aktyor qaraciyər sirrozundan əziyyət çəkir - Onun maddi dəstəyə ehtiyacı var

Xəzər Televiziyasında yayımlanan bir çox seriallarda rol alan aktyor Elvin Ağayev qaraciyər sirrozundan əziyyət çəkir. O, sağlamlığına qovuşması üçün təcili əməliyyat olunmalıdır. Amma orqan köçürülməsi üçün lazım olan vəsaitə ailənin maddi imkanı çatmır.

Aktyorun sözlərinə görə, xəstəliyindən xəbərsiz olub, xəbər tutduqda isə artıq gec olub. Hazırda ona təcili olaraq orqan köçürülməlidir.

Gündən-günə vəziyyəti pisləşən Elvinin tək istəyi tezliklə sağlamlığına qovuşmasıdır.

Həyat yoldaşı Elvina Ağayevanın sözlərinə görə, Elvinin vəziyyəti çox ağırdır, əgər vaxtında müdaxilə olunmazsa, o, həyatını itirə bilər.

Elvinin əməliyyat olunması üçün böyük məbləğdə pula ehtiyac var ki, ona da ailənin maddi imkanı çatmır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti