Xəzər Xəbər

Torpaq uçqunu baş verib, yolda hərəkət dayanıb VİDEO

Veb TV | 19:33 • 14 Aprel 2022
Torpaq uçqunu baş verib, yolda hərəkət dayanıb

İsmayıllı-Lahıc-Dəmirçi-Şamaxı avtomobil yolunun keçdiyi Niyaldağ silsiləsində, Lahıc qəsəbəsi ərazisində növbəti dəfə torpaq uçqunu baş verib.

Xezerxeber.az-ın məlumatına görə, bu gün səhər saatlarında hündür dağlardan gələn torpaq və daşlar avtomobil yoluna tökülüb, nəticədə nəqliyyat vasitələrinin hərəkəti tamamilə dayanıb. Dağ uçqunu yolu böyük ərazidə bağlayıb.

Əraziyə ağır texnikalar  və  işçi qüvvəsi cəlb edilib. Yolun bağlı qalması səbəbindən avtomobillərin Lahıc, Sərdahar, Müdrüsə, Əhən, Burovdal, Vaşa, Yuxarı Zərnava, Namazgah, Güyüm kəndlərinə gediş-gəlişi bir neçə saat dayanıb.

Günorta saatlarında uçan daş və qaya parçaları yoldan təmizlənib. Avtomobillərin hərəkəti bərpa edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti