Xəzər Xəbər

Tarixi günlərin adları ilə bağlı dəyişikliklər Konstitusiya Aktına əsaslanır VİDEO

Veb TV | 21:38 • 7 Oktyabr 2021
Tarixi günlərin adları ilə bağlı dəyişikliklər Konstitusiya Aktına əsaslanır

28 may tarixinin Müstəqillik Günü, 18 oktyabr tarixinin isə Müstəqilliyin Bərpası Günü kimi təsbit olunması Azərbaycanın dövlət suverenliyinin məhz 1918-ci ildə bərqərar olunması faktına əsaslanır.

"Müstəqillik Günü" və "Müstəqilliyin Bərpası Günü" barədə Milli Məclisə təqdim olunmuş qanun layihəsi dövlət müstəqilliyi və milli kimliyi ilə bağlı rəmzi hadisələrə sistemli baxılması zərurətindən irəli gəlib.

Xezerxeber.az-ın məlumatına görə, tarixci alim Boran Əziz deyir ki, 18 oktyabr Müstəqillik Günü adlandırılsa da, "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktının preambulası mahiyyət etibarilə müstəqilliyin bərpası ideyası üzərində qurulub.

Boran Əzizin sözlərinə görə, düzəlişlər Azərbaycan Xalq Cümhuriyyəti və müasir Azərbaycan Respublikası arasında siyasi-hüquqi varisliyin daha dəqiq və qabarıq formada ifadə olunmasını təmin edir. Bu, tarixi kitablarda da öz əksini məhz belə formada tapıb.

Qeyd edək ki, qanun layihəsinə əsasən, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan ediləcək. Müstəqillik Günü və Müstəqilliyin Bərpası Günü hər il bayram kimi qeyd ediləcək.

Xatırladaq ki, Gürcüstanda da milli dövlətin yaranması günü "Respublika günü" deyil, "Müstəqillik günü" adlandırılır. ABŞ da öz yaranma tarixini "İstiqlaliyyət günü" kimi qeyd edir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Xəzər dənizində ZƏLZƏLƏ
17:00 • 28 Noyabr 2024