Havanın temperaturu ötən illə müqayisədə 3,3 dərəcə aşağıdır.
Xezerxeber.az-ın məlumatına görə, Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, ayın əvvəli son illərdə oktyabr ayında müşahidə edilən hava şəraitindən xeyli fərqlənib.
Gülşad Məmmədova oktyabrın növbəti günlərində gözlənilən hava şəraitini də açıqlanıb.
"Oktyabrın 8-i səhər saatlarında Abşeron yarımadasının bəzi ərazilərində qısamüddətli yağış yağacağı ehtimalı var. Zəif cənub- şərq küləyi əsəcək. Havanın temperaturu günorta saatlarında 17-19 dərəcə isti olacaq",- deyə Gülşad Məmmədova vurgulayıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: