Xəzər Xəbər

Bakıda acınacaqlı vəziyyətin hökm sürdüyü uşaq evinin rəhbəri cəzalandırıldı VİDEO

Veb TV | 20:31 • 7 Oktyabr 2021
Bakıda acınacaqlı vəziyyətin hökm sürdüyü uşaq evinin rəhbəri cəzalandırıldı

Paytaxtın Xətai rayonu ərazisində yerləşən uşaq evlərinin birində acınacaqlı vəziyyətin hökm sürdüyü ilə bağlı videogörüntülər paylaşılıb.

Xezerxeber.az-ın məlumatına görə, sosial şəbəkələrdə paylaşılan görüntülər paytaxtın Xətai rayonunda fəaliyyət göstərən 3 saylı uşaq evində lentə alınıb.

Görüntülərdə 3 övladını uşaq evinə yerləşdirən Vəfa Süleymanova adlı valideyn müəssisədə yataq təminatı ilə bağlı ciddi nöqsanlara yol verildiyini bildirir.

Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin rəis müavini Teymur Mehdiyev "Xəzər Xəbər"ə bildirib ki, məsələ ilə əlaqədar Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin müvafiq tibb müəssisəsinin və digər aidiyyəti mütəxəssislərin iştirakı ilə komissiya yaradılıb, araşdırılmalar aparılıb.

Uşaq evindəki antisanitar vəziyyətdən şikayət edən Vəfa Süleymanova övladının bu səbəbə görə qotur xəstəliyinə yoluxduğunu iddia edib.

Teymur Mehdiyev qeyd edib ki, valideynin bununla bağlı şikayəti də araşdırılıb.

Onun sözlərinə görə, nöqsanlar aradan qaldırılaraq müəssisənin fəaliyyəti ciddi nəzarətə götürülüb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar