Xəzər Xəbər

Tovuzda yeni yaşayış massivinin yolları bərbad vəziyyətdədir VİDEO

Veb TV | 21:12 • 7 Oktyabr 2021
Tovuzda yeni yaşayış massivinin yolları bərbad vəziyyətdədir

Tovuzda yeni yaşayış massivinin yolları bərbad vəziyyətdədir.

Xezerxeber.az-ın məlumatına görə, söhbət "Avaztəpə" adlandırılan yeni yaşayış massivindən gedir.  

Sakinlərin sözlərinə görə, 30 ildir ki, burada yaşayış olsa da yollar bərbad vəziyyətdədir.

Günəşli havada toz, yağışlı havada isə palçığa görə keçilməz olan yollar günü-gündən daha da sıradan çıxır. Yağıntılı havada bu cür vəziyyətdən ən çox əziyyət çəkənlər isə məktəblilər olur.

Bu səbəblərdən dolayı əraziyə çağırılan operativ xidmət maşınlarının, taksilərin gəlişində problemlər yaranır.

Su ilə dolu olan çalalar və qatı palçıq avtomobillərin hərəkətində də çətinliklər yaradır. Gün ərzində əraziyə nabələd olan onlarla sürücü nəqliyyat vasitəsini bu bataqlıqlarda batırır.

Problemə münasibət bildirən Tovuz Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin baş məsləhətçisi Mübariz Məmmədov  "Xəzər Xəbər"ə deyib ki, sözügedən yaşayış massivi gələcəkdə asfalt örtüyü çəkiləcək ərazilərə daxil edilib, mərhələli şəkildə bu yolların da əsaslı təmiri və yenidən qurulması nəzərdə tutulur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar