İranın son dövrlər regionda sərgilədiyi mövqe Rusiyanı narahat edir. Biz bunun bir daha İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın Moskva səfəri və Rusiyalı həmkarı Sergey Lavrovla görüşü zamanı şahidi olduq.
Xezerxeber.az-ın məlumatına görə, bu fikirləri millət vəkili Elşad Mirbəşir söyləyib.
Millət vəkili deyir ki, Sergey Lavrov Abdullahianın səsləndirdiyi böhtanlara elə yerindəcə cavab verib.
"Əslində Tehranın xarici siyasət idarəsinin rəhbərinin son proseslərdən sonra Rusiyaya səfərinin arxasında heç də xoş məram dayanmırdı. Ancaq Moskvanın mövqeyi Tehranı məyus etdi",-deyə E.Mirbəşir qeyd edib.
Millət vəkilinin sözlərinə görə, İran həmişə Ermənistandan alət kimi istifadə edib və bu gün də bu vasitə ilə regionda cərəyan edən proseslərə təsir etmək istəyir. Ancaq Cənubi Qafqazda regional əməkdaşlığı inkişaf etdirmək üçün ilk növbədə Azərbaycanla münasibətləri qoruyub- saxlamaq lazımdır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: