Xəzər Xəbər

Lənkəranda yanacaqdoldurma məntəqəsinə basqın edilib VİDEO

Veb TV | 19:55 • 7 Oktyabr 2021
Lənkəranda yanacaqdoldurma məntəqəsinə basqın edilib

Bu gün səhər saatlarında naməlum şəxslər qarət məqsədilə Lənkəran rayonunun Girdəni kəndində yerləşən yanacaqdoldurma məntəqəsinə basqın ediblər.

Xezerxeber.az-ın məlumatına görə, onlardan biri əlində kustar üsulla hazırlanmış kəsici-deşici alətlə dispetçer otağına soxulub.

Məntəqənin iki əməkdaşı pulların qarət olunmasına mane olub və tərəflər arasında dava düşüb. Edilən hücum nəticəsində əməkdaşlardan biri - Girdəni kənd sakini, 38 yaşlı Amid Kərimov müxtəlif nahiyələrdən bədən xəsarətləri alıb. Bundan sonra basqın edən şəxslər hadisə yerindən uzaqlaşıblar.

Hazırda qarət istəkləri baş tutmayan şəxslərin kimliyi müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti