Xəzər Xəbər

Azərbaycan neftinin və qazının qiyməti sürətlə artır VİDEO

Veb TV | 19:29 • 6 Oktyabr 2021
Azərbaycan neftinin və qazının qiyməti sürətlə artır

Avropa bazarlarında Azərbaycan neftinin bir barrelinin qiyməti artaraq 85 dollar həddini aşıb. Təbii qazın min kubmetrinin qiyməti isə 1600 dolları ötüb. Qara qızılın bahalaşması gələn ilin dövlət büdcəsində onun qiymətinə yenidən baxılmasını gündəmə gətirir. Proqnozlar necədir? 

Azərbaycan neftinin və qazının qiyməti sürətlə artır...

Avropa birjalarındakı son rəqəmlərə görə Azərilayt markalı neftin bir barelinin qiyməti 85,15 dollara qədər yüksəlib. Bu da əvvəlki göstəricidən 1,59 dollar çoxdur. Təbii qazın qiyməti isə 1600 dollar həddini keçib. Bu gün beynəlxalq birjalarda qazın min kub metri 1606 dollara satılıb. 

Millət vəkili Vüqar Bayramov deyir ki, neft və qazın dünya bazarında qiymətinin sürətli artımı hasilatın stabil saxlanması və tələbin artması ilə bağlıdır. 

Millət vəkilinin sözlərinə görə, pandemiyanın davam etdiyi bir dövrdə neftin dünya bazarındakı qiymətinin indiki intervalda qalması daha çox proqnozlaşdırılır. Bahalaşma gələn ilin dövlət büdcəsində qara qızılın proqnozlaşdırılmış qiymətinə təsir edə bilər. Xatırladaq ki, cari ilin dövlət büdcəsində neftin bir barrelinin qiyməti 40 dollardan hesablanır.

Vüqar Bayramov qeyd edib ki, dövlət büdcəsində neftin bazar qiymətinin aşağı götürülməsi ölkəyə daxil olan valyutanın həcminə təsir göstərmir. Qiymət fərqindən yaranan əlavə vəsaitlər dövlət neft fonduna daxil olur. Bu da fondun aktivlərinin artmasına səbəb olur. 

Xəbər lenti