Dünyada kino tarixində ilk dəfə aktyorlar film çəkilişi üçün Beynəlxalq Kosmik Stansiyaya (BKS) yollanıb.
Kosmik gəminin göyərtəsində rusiyalı rejissor Klim Şipenko, aktrisa Yuliya Peresild və qrupun rəhbəri – təcrübəli kosmonavt Anton Şkaplerov olub. Onlar 12 gün kosmosda “Çağırış” (“Vızov”) filminin çəkilişlərini aparacaqlar.
Qeyd edək ki, Soyuz MS-19 gəmisi avtomatik rejimdə problem yarandığı üçün BKS-ə mexaniki rejimdə qoşulub./oxu.az