Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi istiqamətində müvafiq tədbirlərin görülməsini davam etdirir.
Xezerxeber.az-ın FHN-ə istinadən məlumatına görə, bu çərçivədə, Xidmət tərəfindən Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən mehmanxanada aparılmış plandankənar yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanlar aşkarlanıb. Həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki, mərtəbələrdə quraşdırılan daxili yanğın kranlarının bir neçəsi şlanq və lülələrlə komplektləşdirilməyib, yanğın xətlərinin təzyiqli su ilə qidalanması təmin edilməyib.