İran İslam Respublikası hər zaman ermənipərəst mövqeyi ilə Azərbaycanla dostluq və mehriban qonşuluq münasibətlərinə zərər gətirib.
İslam dinini təhqir edənlərlə qardaşlıq edib, işğalçılara dəstək verib.
Xezerxeber.az-ın məlumatına görə, mövzu ilə bağlı danışan millət vəkili Faizl Mustafa deyib ki, İrandan fərqli olaraq, Azərbaycan heç vaxt öz ərazisindən üçüncü ölkələrin İrana qarşı istifadə etməsinə şərait yaratmayıb. Eyni zamanda, Azərbaycan heç vaxt heç bir ölkəyə öz daxili işlərinə qarışmağa da imkan verməyib və buna cəhd gəstərənlər layiqli cavablarını alıblar.
Fazil Mustafa bildirib ki, İran rəsmiləri də öz mənasız və populist bəyanatlarında bu reallıqları nəzərə almalıdırlar. Çünki İran tərəfi birinci dəfə deyil ki, Azərbaycana qarşı qərəzli mövqe sərgiləyir. Biz Birinci Qarabağ müharibəsi vaxtı, həmçinin Şuşanın işğaldan azad edilməsində Ermənistana göstərilən dəstəyi unutmamışıq. İkinci Qarabağ müharibəsində isə Ermənistana müxtəlif yollarla silah və digər yardımlar edildi ki, Azərbaycan hökuməti sərt şəkildə rəsmi Tehranın bu davranışlarını qınadı.
Politoloq Zaur Məmmədov isə deyib ki, İranda bəzi dairələrin populist bəyanatları və bunun fonunda Ermənistanın xarici işlər naziri Ararart Mirzoyanın tələm-tələsik Tehrana səfər etməsi, həmçinin qarşılıqlı tost demələri bir daha İranın Azərbaycana qarşı qərəzli mövqeyini ortaya qoydu. Politoloq həmçinin qeyd edib ki, Azərbaycanın Vətən müharibəsində qazandığı zəfəri bu gün İran tərəfi həzm edə bilmir.
İran bu gün ermənipərəst mövqeyini davam etdirməklə, həm də regionda sabitliyə və sülhün bərpasına təhdid yaratmış olur. Ancaq rəsmi Tehran anlamır ki, bölgədə yeni kommunikasiyaların açılmasını nəzərdə tutan 10 noyabr bəyanatı həm də İranın maraqlarına uyğundur. Çünki bu gün Qərbin siyasi və iqtisadi sanksiyalardan əziyyət çəkən məhz İrandır.
Beləliklə, İrandakı siyasi dairələr yaxşı fikirləşməlidilər ki, Azərbaycan öz xarici siyasətini ilk növbədə mehriban qonşuluq və dostluq münasibətləri üzərində qurub. Ancaq rəsmi Bakıya qarşı atılan böhtanlara həmişə layiqli cavab verilib və bundan sonra da heç bir əsassız iddialar və təhdidlər cavabsız qalmayacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: