Xəzər Xəbər

Bakıda Hüseyniyyə məscidi bağlanıb VİDEO

Veb TV | 19:56 • 5 Oktyabr 2021
Bakıda Hüseyniyyə məscidi bağlanıb

İranın Ali dini lideri Xameneyinin Azərbaycandakı nümayəndəsi Seyid Əli Əkbər Ocaq Nejatın Bakıda fəaliyyət göstərən ofisi bağlanıb.

Xezerxeber.az-ın məlumatına görə, günorta saatlarında Nərimanov rayonu, Bakıxanov küçəsində yerləşən ofis və Hüseyniyyə məscidinə baxış keçirilib və ibadət yerinin bağlanması qərarı verilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidovun sözlərinı görə, təhlillər nəticəsində müəyyən edilib ki, şəhərin bir neçə yerində son günlər COVID-19 virusuna yoluxanların sayında artım var.

"Belə yerlərdən birinin Hüseyniyyə məscidi olduğu məlum olub və buna görə də həmin yerlər, o cümlədən də məscidin fəaliyyəti dayandırılıb. Hazırda orada epidemioloji xidmət tərəfindən müvafiq tədbirlər görülür'',-deyə DİN rəsmisi bildirib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar