Bəli, bu gün Cəbrayılın işğaldan azad edildiyi gündür. Prezident İlham Əliyev ötən ilin bu günü Cəbrayıl şəhəri və rayonun daha bir neçə kəndidnin azad olunması ilə bağlı xalqa müjdə verdi. Həmin gün xüsusilə Cəbrayıllıların sevincinin həddi-hüdudu yox idi. 28 ildən sonra onlar öz doğma yurdlarına qovuşurdular. 1 il əvvəl yaşanan həyəcanlı, sevinc dolu anları yenidən xatırlayaq...
1 il keçir Dövlət başçısının bu müjdəsindən. Həmin gün bütün Azərbaycan sevinc içində idi. Çünki 27 ildən sonra Cəbrayıl şəhəri işğaldan azad olunmuşdu. Həmçinin rayonun bir neçə kəndi də düşmən tapdağından geri qaytarılmışdı. Prezident İlham Əliyev elə həmin gün Azərbaycan xalqını təbrik etdi.
Bu xəbərə ən çox sevinən isə təbii ki, Cəbrayıl sakinləri idi. 27 ildir didərgin düşdükləri ata-baba yurdlarına qovuşurdular cəbrayıllılar.
Artıq öz doğma torpaqlarına qayıtmağa hazırlaşır cəbrayıllılar.
Cəbrayıl rayonu Azərbaycan iqtisadiyyatı üçün xüsusi əhəmiyyət kəsb edir. Belə ki, rayon mişar daşı, gil, qum, sement, gəc, tikinti daşı, kips, ahhidrid, pemza, vulkan külü və digər əlvan daşlarla zəngindir. Cəbrayılda əkinçilik və heyvandarlığın inkişafı üçün münbit torpaq sahələri və əlverişli iqlim mövcuddur. Həmçinin, Xudafərin su anbarının bir hissəsi Cəbrayıl ərazisinə düşür ki, bu da kənd təsərrüfatının inkişafı üçü əlavə stimul yaradır. Xudafərin Su Elektrik Stansiyası isə gələcəkdə rayonun elektrik enerjisi ilə təminatında mühüm əhəmiyyət kəsb edəcək.