Xəzər Xəbər

ABŞ-da ekoloji fəlakət: Minlərlə barel neft okeana axdı VİDEO

Veb TV | 21:18 • 4 Oktyabr 2021
ABŞ-da ekoloji fəlakət: Minlərlə barel neft okeana axdı

ABŞ-ın Kaliforniya ştatında neft boru kəmərinin sızması səbəbindən 3 min bareldən çox neft Sakit okeana axıb.

Hadisə ştatın cənubunda Orenc dairəsində “Amplify Energy” şirkətinin boru kəmərində baş verən nasazlıq səbəbindən baş verib. Ekoloji fəlakət artıq yerli faunaya təsir edib: sahildə ölü quşlar və balıqlar tapılıb.

ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası hadisəni araşdırmaq üçün mütəxəssislər göndərib. Hazırda axıntının uzunluğu təqribən 12 kilometrdir və axıntı hələ lokallaşdırılmayıb.

Yerli sakinlərə fövqəladə vəziyyət zonasına getməmələri tövsiyə olunur.

Xəbər lenti

COP29 Sədrliyindən BƏYANAT
18:10 • 22 Noyabr 2024