Düz bir il öncə ermənilər Gəncəyə raket ataraq mülki əhaliyə qarşı törətdiyi terror silsiləsinə daha birini əlavə etdi. Hərb meydanda ağır məğlubiyyətlərin ardınca belə terror hücumları müharibənin sonrakı dönəmlərində də davam etdi. Həmin hadisələrdən bir il ötür və bu bir il ərzində ermənilərin törətdikləri terror hadisələri ilə əlaqədar beynəlxalq müstəvidə hüquqi qiymət alması üçün hansı addımlar atılıb?
Erməni terrorizminin hüquqi qiymət alması, ermənilərin 44 günlük müharibədə törətdiyi vandalizm aktları ilə bağlı dünya ictimaiyyətinin sənədlər vasitəsi ilə tanış olması istiqamətində işlər davam etdirilir.
Ali Məhkəmənin mətbuat xidmətinin rəhbəri Allahverdi Məmmədli bildirir ki, müharibə dövründə Ermənistan Silahlı qüvvələrinin Gəncəyə, Bərdəyə, Tərtərə və digər ərazilərimizə, mülki əhaliyə qarşı törətdiyi terror aktları ilə bağlı Avropa Şurasının bütün ölkələrinə bəyanat göndərilib.
Dünyanın 146 ölkəsinə erməni terrorizmi ilə bağlı faktları əks etdirən sənədlər təqdim edilib. Ermənistan törətdiyi vəhşiliklərlə bağlı beynəlxalq məhkəmə qarşısında da cavab verməli olacaq.
Qeyd edək ki, zəruri əmliyyat-istintaq tədbirlərinin gedişində araşdırmalara beynəxlalq hüquq ekspertləri də cəlb edilib.