ABŞ Azərbaycanla Ermənistan arasında əməkdaşlığın yaradılması üçün imkanlar tapmağa çalışır. Bunu ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer deyib. O, əlavə edib ki, birtərəfli təşəbbüslər çərçivəsində Azərbaycanda saxlanılan şəxslərin qaytarılması qarşılığında Ermənistan mina xəritələrinin bəzilərini qaytarıb. Lakin hələ də bir çox məsələlər tənzimlənməyib.
ABŞ Azərbaycan və Ermənistan arasında tənzimlənməmiş məsələlərin həllinə töhfə verməyə çalışır. Bunu ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer jurnalistlərin suallarını cavablandırarkən deyib.
Səfir əlavə edib ki, Azərbaycan və Ermənistan arasında hələ də bir çox məsələlər tənzimlənməyib. Hazırda ABŞ Azərbaycanla Ermənistan arasında əməkdaşlığın yaradılması üçün imkanlar tapmağa çalışır.
''Biz öz tərəfimizdən əməkdaşlıq etməyə və tərəflərə bu istiqamətdə kömək etməyə davam edəcəyik ki, regionun əhalisi və ölkələri dinc və birgə şəraitdə yaşaya bilsinlər"-deyə səfir bildirib.