Ötən gün İtaliyanın Milan şəhərində yüngül mühərrikli təyyarənin qəzaya uğraması ilə bağlı detallar üzə çıxıb.
Təyyarənin qəzaya uğraması nəticəsində həlak olanlar məşhur iş adamı rumıniyalı Dan Petresku, onun ailə üzvləri və yaxın dostları olub. Məlumata görə, hadisə zamanı ümumilikdə 8 nəfər həyatını itirib. Bildirilir ki, təyyarəni 68 yaşlı iş adamı idarə edirmiş. Layner havaya qalxandan bir neçə dəqiqə sonra istifadəyə yararsız olan binanın üzərinə düşüb. Hadisə ilə bağlı araşdırma aparılır./Metbuat.az