Futbol üzrə Türkiyə çempionatının VIII turu çərçivəsində keçirilən qarşılaşmada “Fənərbağça” doğma meydanda “Kasımpaşa”nı qəbul edib.
Qarşılıqlı hücumlar şəraitində keçən görüşdə meydan sahibləri rəqibini 2:1 hesabı ilə məğlub edib.
Günün digər matçında isə “Qalatasaray” səfərdə “Rizəspor”u 3:2 hesabı ilə üstələyib. "Yeni Malatyaspor" isə öz meydanında "Hatayspor"a 2:0 hesabı ilə uduzub. "Qaziantep" isə doğma divarlar arasında "Altay"ı 4:1 hesabı ilə darmadağın edib.
Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 19 xalla "Fənərbağça" başçılıq edir. Ondan bir xal geri qalan "Trabzonspor" ikinci, 17 xal toplayan "Beşiktaş" isə üçüncü pillədə qərarlaşıb.