Xəzər Xəbər

Omanda güclü fırtına üç nəfərin həyatına son qoyub VİDEO

Veb TV | 09:39 • 4 Oktyabr 2021
Omanda güclü fırtına üç nəfərin həyatına son qoyub

Omanda “Şahin” adı verilən qasırğa azı üç nəfərin ölümünə, daha bir neçə nəfərin itkin düşməsinə səbəb olub. 

Qeyd olunur ki, tropik siklon bazar günü axşam saatlarında Sultanlığın sahillərinə yetişib

Təbii fəlakət güclü külək və yağışlarla müşayiət olunub.

Sultanlığın paytaxtı olan Muskat şəhərinin əksər küçələrini su basıb, onlarla maşın su altında qalıb.

Mənbə: “Reuters”

Xəbər lenti