Türkiyənin Manisa şəhərində zibil konteynerinə çırpılan yük daşıyan motosiklet yolun avtomobillər üçün nəzərdə tutulan hissəsinə doğru istiqamət alıb.
Hadisə baş verən zaman yoldan sürətlə keçən TIR maşını motosikletçinin həyatına təhlükə törədib.
Motosikletçi ölümdən son anda xilas ola bilib.
Hadisə ərazidə olan təhlükəsilik kameraları tərəfindən anbaan qeydə alınıb.
Mənbə: “İhlas Haber Ajansı” (İHA)