Xəzər Xəbər

''Uzaq sahillərdə'' filmindəki bəzi səhnələrin çəkildiyi ev uçmaq üzrədir VİDEO

Veb TV | 20:31 • 3 Oktyabr 2021
''Uzaq sahillərdə'' filmindəki bəzi səhnələrin çəkildiyi ev uçmaq üzrədir

Alman zabitlərinin gəldiyi, Mixaylonun gizlənərək müqavimət göstərdiyi ''Uzaq sahillərdə'' filmindəki bəzi səhnələr Ağsu rayonunun Kövlüc kəndindəki bir evdə çəkilib.

Xezerxeber.az-ın məlumatına görə, Bakı Kinostudiyasının yaradıcı kollektivi rayonda bir ay çəkilişlər aparıb. Kövlüc kəndində lentə alına biləcək müxtəlif məkanlara baxış keçirilib. Mixaylonun silahdaşı Visilinin "ata evi"nə, kəndin cənub şərqində dərədən qalxan yoldakı bir ev uyğun bilinib.

Evin qarşısında faşistlərin sakinləri topladıqları yerə baxarkən gözlərimiz qarşısında filmin həmin səhnələri canlanır.

Azərbaycan kinosunun incilərindən olan "Uzaq sahillərdə" filminin ekranlara çıxdığı vaxtdan 63 il keçir. Sakinlər deyir ki, kino çəkilən vaxt döyüş səhnələrini gerçək bilib, gizlənənlər olub.

Bu tarixi məkan hazırda uçub-dağılmaq üzrədir.

Kənd bələdiyyəsindən bildirilib ki, bir neçə il bundan əvvəl aidiyyəti qurumlardan gəlib təmir işləri ilə maraqlanıblar. Lakin evin tamamilə uçma təhlükəsi olduğundan təmir etmək mümkün olmayıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti