Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə və piyadalara müraciət edib.
Xezerxeber.az-ın məlumatına görə, idarənin şöbə rəisi Namidan Piriyev hərəkət iştirakçılarını diqqətli olmağa çağırıb.
Şöbə rəisi bildirib ki, sürürücülər kəskin hava şəraitində sürət həddini minimuma endirməklə kəskin tormozlama, zərurət olmadan ötmə, manevr etməkdən çəkinməli və küləyi nəzərə alıb nəqliyyat vasitələrini təhlükəsiz yerlərdə park etməlidirlər. Bununla yanaşı. yola çıxmazdan əvvəl avtomobilin şüşə silgəclərinin və şüşəyuyanların, habelə xarici işıq cihazlarının işlək vəziyyətdə olması da yoxlanılmalıdır.
Avtomobil ustalarının da hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı sürcülərə tövsiyələri var. Onlar deyirlər ki, sürücülər yağışlı havalarda bəzi qaydalara əməl etməməklə avtomobillərinə ciddi ziyan vura bilərlər.
Qeyd edək ki, bu gün axşamdan oktyabrın 7-dək ölkə ərazisində, o cümlədən Bakı şəhəri və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı, bəzən intensivləşəcəyi, ayrı-ayrı yerlərdə güclü küləyin əsəcəyi gözlənilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: