Xəzər Xəbər

Məcburi köçkünlər onlara daim diqqət və qayğı göstərən dövlət başçısına minnətdardır VİDEO

Veb TV | 21:10 • 2 Oktyabr 2021
Məcburi köçkünlər onlara daim diqqət və qayğı göstərən dövlət başçısına minnətdardır

Prezident İlham Əliyevin Türkiyənin "Anadolu" Agentliyinə verdiyi müsahibəsi zamanı məcburi köçkünlər haqqında səsləndirdiyi fikirlər bütün vətəndaşlara, xüsusilə, 30 il bundan öncə öz yurd-yuvasından didərgin düşən insanlara duyğulu anlar yaşadıb. İllər öncə böyük bir ağrı, böyük bir dəhşət yaşayan bu insanlar doğma yurd- yuvalarına qayıdacaları günü səbrsizliklə gözləyirlər.

Dövlət başçısını kövrəldən məcburi köçkünlərimizdir. Danışdıqca,  onların yaşadıqlarını xatırlayır və deyəcəyi sözlər, sanki, boğazında kilidlənir. Bu an təkcə Türkiyəli jurnalistə yox, efiri izləyən hər kəsə duyğulu anlar yaşatdı. Əsasən də, 30 il əvvəl öz yurd-yuvasından didərgin düşən bu insanlara.

Bir neçə məcburi köçkün  ilə həmsöhbət olduq. Deyirlər ki, prezidentin bu çıxışı onlara həm səmimi təsir bağışlayıb, həm də böyük bir ümid olub. 

Artıq bu insanlar üçün geri sayım başlayıb. Qısa müddət sonra məcburi köçkülər öz doğma torpaqlarına yurd  yuvalarına geri dönəcəklər.

Xəbər lenti

Çox oxunanlar