Bakı yollarındakı müxtəlif dairələrdə hərəkətin təşkilində nöqsanlar var. Məsələn, Sədərək ticarət mərkəzi ilə Meyvəli bazarı tərəfdə olan dairənin 3-də də çatışmazlıq var. Dairələrdə müvafiq nişanlanma işləri aparılmayıb. Bu yoldan istifadə edən sürücülər isə çətinlik çəkir, ordakı hazırki vəziyyət qəzalara səbəb olur.
Ərazidə yerləşən dairələrdə xəbərdaredici nişanların olmaması, dairəni bildirən nişanların isə tam şəkildə təşkil edilməməsi sürücülərə çətinlik yaradır.
"Sədərək" ticarət mərkəzi ilə "Meyvəli" bazarı yolunda olan bu dairələrdə sürücülər hərəkəti yazılmamış qanunlar əsasında təşkil edirlər. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov ərazidə təhlükəsiz hərəkətin təminində ciddi çatışmazlıqların olduğunu deyir.
Üstəlik, istiqamətlər də tam təşkil edilmədiyindən yoldan istifadə edən sürücülər hara gedəcəklərini təyin etməkdə çətinlik çəkirlər.
Mövcud vəziyyət Lökbatan istiqamətinə gedən iki dairədə də var.
Məsələ ilə bağlı Bakı Nəqliıyyat Agentlıyındən bildirdilər ki, sözügedən ərazidəki vəziyyət barədə məlumatlıdırlar. Agentliyin mütəxəssislərinin apardıqları təhlillər nəticəsində bu və digər yerlərdə nişan çatışmazlığının olduğu müəyyən edilib və bu problemlər tədricən aradan qaldırılır.