Saatlı rayonunda 2 qardaş bıçaqlanıb. Hadisə ötən gün axşam saatlarında qeydə alınıb. Sözləri çəp gələn dostlardan biri iki qardaşı bıçaqlayaraq hadisə yerindən qaçıb.
Davanın sonu bıçaqlanma ilə bitib. 2 qardaş bıçaqlanaraq xəstəxanaya yerləşdirilib.
Hadisə ötən gecə Saatlı rayon mərkəzində baş verib. Münaqişə zəminində əvvəlcə 20 yaşlı İmanverdi Zeynalzadəyə bir neçə bıçaq zərbəsi endirilib. Daha sonra qardaşının köməyinə gələn 28 yaşlı Zeynal Zeynalzadəyə də bir neçə bıçaq zərbəsi vurulub. Cinayəti rayon sakini Tərlan Mahmudovun törətdiyi iddia olunur...
Hər iki qardaş müxtəlif dərəcəli bıçaq xəsarətləri ilə Şirvan şəhər xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib.
Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən Tərlan Mahmudov hadisə yerindən qaçaraq məsuliyyətdən yayınıb. Hazırda onun saxlanması istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir.