Bu gündən teatr və kinoteatrların fəaliyyəti bərpa olunub. Həmin məkanların fəaliyyətinə ümumi tutumun 50 faizindən çoxunun doldurulmaması şərtilə icazə verilib. Eyni zamanda bu məkanlardan yaşı 18-dən yuxarı olan şəxslər yalnız COVID-19 pasportuna sahib olduqları halda istifadə edə bilərlər.
Bu gündən Azərbaycanda fəaliyyət göstərən mədəniyyət obyektləri, eləcə də konfrans zalları, kinoteatrlar və teatrlar açılıb.
Eyni zamanda iri ticarət mərkəzlərinin nəzdindəki uşaq və digər əyləncə mərkəzlərinin qapıları da vətəndaşların üzünə açılıb. Yumşaldılmalar valideynləri, eləcə də uşaqları sevindirir.
Fəaliyyəti bərpa edilən iş və xidmət sahələri saat 00:00-dək xidmət göstərəcək və həmin iş və xidmət sahələrinin qapalı məkanlarında göstərilən xidmətlərdən yaşı 18-dən yuxarı olan şəxslər yalnız COVID-19 pasportuna sahib olduqları halda istifadə edə biləcəklər.
Dövlət Akademik Milli Dram Teatrının mətbuat katibi Cavid Zeynallı bildirib ki, ilkin prosesdə tamaşaların məşqləri nəzərdə tutulub. Bu zaman karantin qaydalarına xüsusilə əməl olunacaq.
Teatr mövsümü isə oktyabrın 15-də açıq elan ediləcək.