Xəzər Xəbər

Sərnişindaşımada COVID-19 pasportlarının olmasına necə nəzarət olunacaq? VİDEO

Veb TV | 21:31 • 1 Oktyabr 2021
Sərnişindaşımada COVID-19 pasportlarının olmasına necə nəzarət olunacaq?

Artıq bu gündən etibarən regionlararası və şəhərlərarası səfərlərini avtovağzallardan təmin etmək istəyən sərnişinlərdən COVID-19 pasportu, immunitet sertifikatı və ya əks-göstəriş sənədi tələb olunur. Bu gün başlayan prosesə nəzarət necə həyata keçirilir? 

Avtovağzalların xidmətindən istifadə üçün sərnişinlərdən müvafiq kovid əleyhinə sənədlərin tələb olunmasından sonra qanunsuz sərnişindaşıma ilə məşğul olan şəxslərin daha da aktivləşməsinin qarşısının alınması üçün sərt tədbirlərə başlanacaq. Xüsusən də vaksinasiya ilə bağlı heç bir sənədə malik olmayan sərnişinləri xidmətlərindən istifadəyə cəlb edən sürücülərin aşkarlanmasında Dövlət Yol Polisinin əməkdaşları da iştirak edəcək. 

Bugündən etibarən noyabrın 1-ə kimi avtovağzalların xidmətindən istifadə etmək istəyən sərnişinlərin ən azı birinci doza vaksin qəbul etmiş olmaları kifayətdir. Lakin vaksinasiya prosesinə cəlb olunmamış şəxslərə də elə avtovağzaldaca imkan tanınır. 

Avtovağzala gələrək, bölgələrə getmək istəyən 10-dan çox sərnişin kovid-19 əleyhinə heç bir sənədi olmadığına görə, xidmətlərdən istifadə edə bilməyib. Lakin elə avtovağzaldaca peyvənd olunaraq, yoluna davam edənlər də azlıq təşkil etməyib.

Qeyd edək ki, noyabrın 1-dən sonra isə, ölkə üzrə bütün avtovağzallarda sərnişinlərdən ikinci doza vaksini qəbul etmələri ilə bağlı sənəd də tələb olunacaq. 

Xəbər lenti

Çox oxunanlar