Xəzər Xəbər

Xaricdə təhsil almaq istəyənlərə MÜHÜM XƏBƏR: Nazir AÇIQLADI VİDEO

Veb TV | 20:23 • 1 Oktyabr 2021
Xaricdə təhsil almaq istəyənlərə MÜHÜM XƏBƏR: Nazir AÇIQLADI

Həm bakalavr, həm magistr, həm də doktorantura pilləsi üzrə vətəndaşlar təhsillərini xaricdə davam etdirmək imkanı əldə edəcəklər. "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair dövlət proqramı" qəbul edildikdən sonra bəzi sahələr üzrə  məhdud sayda olan kadr problemi də həll olunacaq. Təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə il ərzində neçə gəncin xaricə təhsil almağa göndəriləcəyini də açıqlayıb.

Gənclərin xaricdə təhsilinə dair Dövlət Proqramının böyük hissəsi magistratura pilləsini əhatə edəcək.Bununla yanaşı, Bakalavr pilləsi üzrə də ən yüksək reytinqli ixtisaslar nəzərdə tutulacaq.

Bunu təhsil naziri Emin Əmrullayev "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramı"nın hazırlanmasına dair bu gün keçirdiyi brifinqdə bildirib.Nazir qeyd edib ki,doktorantura pilləsi üzrə isə digər dövlət proqramı çərçivəsində hər il 100-dək şəxs xaricdə öz təhsilini davam etdirir.Bütövlükdə isə dövlət proqramı qəbul edildikdən sonra həm bakalavr,həm magistr,həm də doktorantura pilləsi üzrə vətəndaşlar təhsillərini xaricdə davam etdirmək imkanı əldə edəcəklər. Emin Əmrullayev Xaricdə təhsilə dair Dövlət Proqramında geri qayıtma məsələsinin xüsusi diqqətdə saxlanılacağını  və onların iş problemi olmayacağını da deyib.

Emin Əmrullayev il ərzində neçə gəncin xaricə təhsil almağa göndəriləcəyini də açıqlayıb.

Dövlət Proqramı"nda daha çox ölkənin və dünyanın inkişafına uyğun olan sahələr prioritetləşdiriləcək.

Qeyd edək ki,ötən gün Prezident İlham Əliyev Azərbaycan gənclərinin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi haqqında sərəncam imzalayıb.

Xəbər lenti

Çox oxunanlar