Qida Təhlükəsizliyi Agentliyi paytaxtda ət satışı həyata keçirilən bazarlardan birində reyd keçirib. Reyd zamanı vətəndaşlara istehlaka yararsız ətin satıldığı məlum olub. Bazarda ümumilikdə 200 kq-dan çox yararsız ət müsadirə edilib. Ətdən nümunələr götürülərək labaratoriyaya göndərilib.
İstehlaka yararsız ət bazara çıxarılaraq satılır.
Görüntülər paytaxtın Nizami rayonu "8-ci kilometr" bazarındandır. Burada bəzi şəxslərin vətəndaşlara mənşəyi məlum olmayan ət satdığı məlum olub.
Reyd zamanı başqa bir ət dükanında isə 150 kq-dan çox yararsız ət aşkarlanıb.
Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsinin rəisi Zaur Kərimov bildirdi ki, hazırda yararsız ətin hansı yollarla və kimlər tərəfindən bazara gətirildiyi araşdırılır.
Zaur Kərimov bildirdi ki, vətəndaşlar ət və ət məhsulları alarkən yalnız baytarlıq ekspertizasından keçmiş ətlərə üstünlük verməlidirlər.