''Vətən müharibəsində azərbaycanlılara qarşı törədilən cinayətlərlə bağlı baş prokurorluqda 76 cinayət işi başlanıb. Onlardan 39-u mülki əhaliyə qarşı törədilmiş cinayətlərlə bağlıdır''. Bunu jurnalistlərə açıqlamasında baş prokuror Kamran Əliyev bildirib. Baş prokuror əlavə edib ki, həm birinci Qarabağ müharibəsi, həm də atəşkəs dövründə hərbçilərimizə qarşı törədilmiş cinayətlərlə bağlı 300-ə yaxın Ermənistan vətəndaşı axtarışa verilib. Kamran Əliyev işğal dövründə Qarabağda qanunsuz sahibkarlıqla məşğul olan xarici şirkətlərin məsuliyyətə cəlb olunması istiqamətində tədbirlərin davam etdirildiyini vurğulayıb.
İkinci Qarabağ Müharibəsində azərbaycanlılara qarşı törədilmiş cinayətlərə görə 24 erməni beynəlxalq axtarışa verilib. Bunu jurnalistlərə açıqlamasında Baş Prokuror Kamran Əliyev deyib.
Baş Prokuror bildirib ki, bu istiqamətdə beynəlxalq müstəvidə işlər davam etdirilir. Kamran Əliyev qeyd edib ki, birinci Qarabağ müharibəsi, eləcə də atəşkəs dövründə hərbçilərimizə qarşı törədilmiş cinayətlərlə bağlı 300-ə yaxın Ermənistan vətəndaşı axtarışa verilib.
Baş Prokuror bildirib ki, Birinci Qarabağ müharibəsində 4 min, İkinci Qarabağ müharibəsində isə 7 nəfər itkin düşdüb. 7 hərbi qulluqçumuzdan birinin meyiti son günlər müharibənin baş verdiyi ərazilərdən tapılıb, hazırda identifikasiyası üzrə işlər davam etdirilir, DNT analizləri götürülür.
Prokurorluq orqanları tərəfindən həmçinin işğal dövründə Qarabağda qanunsuz sahibkarlıqla məşğul olan xarici şirkətlərin məsuliyyətə cəlb olunması üçün istintaq-əməliyyat tədbirləri aparılır. Vətən müharibəsi dövründə Ermənistanın hərbi-siyasi rəhbərliyinin və hərbçilərinin törətdiyi cinayətlərlə bağlı Baş Prokurorluq tərəfindən rəsmləşdirilərək beynəlxalq təşkilatlara göndərilən iddia ərizəsi artıq Beynəlxalq Millətlər Təşkilatının Beynəlxalq Ədalət Məhkəməsində icraata qəbul edilib. Kamran Əliyev qeyd edib ki, beynəlxalq məhkəmələrdə Ermənistan rəhbərliyinin və digər vəzifəli şəxslərinin məsuliyyətə cəlb olunmasına nail olmalıyıq. Bununla bağlı komissiyalar yaradılıb.
Bu arada prokurorluq orqanlarının yaradılmasının 103-cü il dönümü ilə bağlı baş prokurorluğun əməkdaşları əvvəlcə fəxri xiyabanda ümummilli lideri heydər əliyevin, həmçinin görkəmli oftalmoloq-alim, akademik zərifə xanım əliyevanın məzarlarını, daha sonra şəhidlər xiyabanı ziyarət ediblər.