Xəzər Xəbər

Dünya bazarında neft və qaz bahalaşır VİDEO

Veb TV | 21:19 • 16 Sentyabr 2021
Dünya bazarında neft və qaz bahalaşır

Son vaxtlar Avropa bazarında mavi yanacağın qiymətində artım müşahidə edilir.

Xezerxeber.az-ın məlumatına görə, ötən gün Avropa bazarında qazın 1000 kubmetri 964 dollara satılıb. Bu gün mavi yanacağın qiyməti 800 dollardan aşağı düşsə də, artıq qitə istehlakda qənaətin yollarını axtarır.

Qeyd edək ki, qazın hazırkı qiymətinin Azərbaycan iqtisadiyyatına müsbət təsir imkanları var. Bu vəziyyət Avropada Azərbaycan qazının qiymətinə də təsirsiz ötüşməyəcək, lakin birinci növbədə təlabatı artırıb.

Qazın qiymətinin artımı digər enerji daşıyıclarına da əlavə dəyər qazandırıb. Azərbaycan nefti son iki ilin ən baha qiymətinə satılır. "Azeri Light" markalı neftin bir bareli hazırda 77 dollardan baha qiymətə təklif edilir.

 Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar