Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Xezerxeber.az-ın məlumatına görə, qəza rayonun Nərimanabad qəsəbəsi ərazisində qeydə alınıb.
Lənkəran istiqamətində hərəkətdə olan avtomobil yoldan çıxaraq çökəkliyə aşıb. Nəticədə sürücü Məzahir Ağayev hadisə yerində ölüb. Avtomobildə xəsarət alan sərnişin, Liman şəhər sakini 37 yaşlı Fariz Sadıqov təcili yardımın köməyi ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib. Məzahir Ağayevin meyiti isə müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomoya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.
Biləsuvar rayonunda da ölümlə nəticələnən yol qəzası baş verib. 25 yaşlı Fərid Həsənli idarə etdiyi motosikletlə yolun qarşı tərəfinə keçmək istəyən rayon sakini, 59 yaşlı İradə Əhmədovanı vurub. Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: