Xəzər Xəbər

Hava şəraiti dəyişəcək XƏBƏRDARLIQ/VİDEO

Veb TV | 19:29 • 16 Sentyabr 2021
Hava şəraiti dəyişəcək

Bu axşamdan etibarən ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, güclü külək əsəcəyi, bəzi yerlərdə leysan xarakterli intensiv yağış yağacağı, şimşək çaxacağı, dağ çaylarından qısamüddətli sel keçəcəyi proqnozlaşdırılır. Bu barədə Milli Hidrometerologiya Departamenti məlumat yayıb. 

Xezerxeber.az-ın məlumatına görə, bölgələrdə də sabah səhərdən ayın 18-i gündüzədək şimşək çaxacağı, bəzi bölgələrdə isə leysan gözlənilir. Hətta dolu düşəcəyi də istisna olunmur.

Qeyri-sabit hava şəraitinə görə Fövqəladə Hallar Nazirliyi əhaliyə xəbərdarlıq edib.

Nazirlik insanları gözlənilən hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.

Qeyd edək ki, ildırımın səbəb ola biləcəyi təhlükələrdən qorunmaq üçün avtomobil idarə edən vətəndaşlar hərəkəti dayandırmalı və digər təhlükəsizlik məqamlarına diqqət yetirməlidir. Mümkün qədər telefonla danışılmamalıdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Xəzər dənizində ZƏLZƏLƏ
17:00 • 28 Noyabr 2024