Xəzər Xəbər

Həftəsonları sərnişindaşıma fəaliyyəti ilə məşğul olan sürücülərə xəbərdarlıq edilib VİDEO

Veb TV | 21:18 • 15 Sentyabr 2021
Həftəsonları sərnişindaşıma fəaliyyəti ilə məşğul olan sürücülərə xəbərdarlıq edilib

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) həftə sonları sərnişindaşıma fəaliyyəti ilə bağlı məlumat yayıb.

Xezerxeber.az-ın xəbərinə görə, məlumatda bildirilir ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, həftə sonları ictimai nəqliyyatda sərnişindaşıma fəaliyyəti dayandırılıb.

Lakin müşahidələr göstərir ki, mövcud vəziyyətdən sui-istifadə edən bəzi şəxslər həftəsonları avtomobil nəqliyyatı ilə sərnişin daşınması qaydalarını pozaraq qanunsuz fəaliyyət göstərməklə yanaşı, koronavirus (COVID-19) infeksiyasının yayılmasına da münbit şərait yaradırlar. Qeyd edilir ki, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qanunsuz sərnişindaşıma hallarına qarşı, habelə taksilərdə tələb olunan qaydalara əməl edilməsi ilə bağlı kəsərli tədbirlər görüləcək.

Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov deyib ki, ötən gün paytaxtın bir neçə ərazisində reyd keçirilib, nəticədə 100-dən artıq bu cür nəqliyyat vasitəsi dayanacağa aparılıb. Məlum olub ki, əksər sürücülərin sənədi belə yoxdur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar