Sentyabrın 22-də ibtidai siniflər, 29-da isə yuxarı sinif şagirdləri üçün qapılarını açacaq məktəblər pandemiya şəraitində ənənəvi tədrisin təşkili üçün Təhsil Nazirliyindən təlimatlar alıb.
Məktəblər yeni tədris ilinə bir sıra yeniliklərlə başlayır.
Xezerxeber.az-ın məlumatına görə, pandemiya şəraitində başlayacaq yeni tədris ilinin əsas fərqi müəllimlərdən peyvənd, immun və ya əks-göstəriş sertifikatlarının tələb olunmasıdır.
Müvafiq sənədlər hətta texniki işçilərdən də tələb olunacaq. Müəllimlərin və texniki heyətin maskadan istifadə etməsi də zəruri olacaq. Məktəbin qapısında isə şagirdləri müvafiq yoxlamalar gözləyir.
Şagirddə hər hansı narahatlıq hiss edildikdə valideynlə dərhal əlaqə saxlanılacaq. Yeni tədris ilində həmçinin məktəbin içərisinə validyenlər buraxılmayacaq. Əgər ötən il dərslər yarımqruplar şəkilində keçirilirdisə, bu ildən dərslər tam qrup halında keçiriləcək. Dəhlizlərə və sinif otaqlarına spirtlər qoyulub, siniflər də hərarət ölçən cihazla təmin edilib. Lakin şagirdlərin tənəffüsə buraxılmasında da fəqliliklər olacaq.
Məktəbdə idman zallarında və yeməkxanalardakı prosedurlarla bağlı isə hazırda təlimat hazırlanır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: