Xəzər Xəbər

Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib VİDEO

Veb TV | 16:05 • 15 Sentyabr 2021
Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib

Mütəmadi olaraq Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə azyaşlıların mənzillərdə bağlı qapı arxasında, liftdə və s. məkanlarda köməksiz və ya təhlükəli vəziyyətdə qalmaları barədə məlumatlar daxil olur. Nazirliyin xilasetmə qüvvələri tərəfindən həyata keçirilən operativ əməliyyatlar sayəsində köməksiz (təhlükəli) vəziyyətdə qalan azyaşlılar xilas olunaraq ailə üzvlərinə və ya yaxınlarına təhvil verilir. Qeyd olunanları, habelə mənzillərdə azyaşlıların həyatına təhlükə törədə biləcək elektrik və qaz cihazlarının, açıq eyvan və pəncərələrin, düşə biləcək ağır əşyaların, kimyəvi maddələrin, kəsici alətlərin və s. mövcudluğunu, balacaların müxtəlif məkanlarda nəzarətdən kənar qalmasının arzuolunmaz nəticələrə gətirib çıxara biləcəyini nəzərə alaraq, valideynləri uşaqlara qarşı diqqətli olmağa və onları nəzarətsiz qoymamağa çağırırıq.

Xəbər lenti

Çox oxunanlar