Saatlı rayonunun Qaranuru kəndində 7 aydır ki, su problemi yaşanır.
Xezerxeber.az-ın məlumatına görə, su çatışmazlığından həyətyanı sahələrdəki meyvə ağacları quruyur.
8 mindən çox əhalisi olan kənddə su qıtlığı səbəbindən pambıq və yonca sahələrində də məhsuldarlıq düşüb.
Suvarma suyu ilə yanaşı içməli su təminatında da ciddi çətinliklər var. Sakinlər içməli suyu maşınlar vasitəsilə əlavə pul xərcləməklə alırlar.
Məsələ ilə bağlı Saatlı Suvarma Sistemləri İdarəsinin Qaranuru kənd Sudan İstifadə Birliyinin sədri İsa Nəsirov deyib ki, cari ildə kənddə 1000 hektar ərazidə pambıq əkildiyindən sakinlərin su ilə təminatında problemlər yaranıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: