Bakının Nəsimi rayonu ərazisində bənövşəyi xətt üzrə yeni metrostansiyanın tikintisinə başlanıb.
Xezerxeber.az-ın məlumatına görə, "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, artıq stansiyanın inşaatı üçün işlər sürətləndirilib.
Onun sözlərinə görə, yeni metrostansiya da bənövşəyi xəttin digər stansiyaları kimi müvafiq infrastrukturla təchiz olunacaq. Yeni stansiyanın tikintisinin başa çatma müddəti isə hələ dəqiq bilinmir.
Bu arada, Xocahəsəndəki yerüstü stansiyanın 2022-ci ilə təhvil verilməsi planlaşdırılır. "Dərnəgül" stansiyasından sonra inşaatı başlayan stansiyalar isə Bakının baş planının təsdiqindən sonra istifadəyə verilmə vaxtı müəyyənləşəcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: