Bakıda insanların sıx yaşadığı yerlərdə təhsil işçiləri üçün 5 peyvənd məntəqəsi yaradılıb.
Xezerxeber.az-ın məlumatına görə, təhsil nazirinin müşaviri Rüstəm Ağayev bildirib ki, səyyar vaksinasiya məntəqələrinin sayının artırılmasında məqsəd təhsil işçilərinin vaksinasiya prosesinin sürətləndirilməsidir.
Rüstəm Ağayev valideynlərin hansı halda övladlarını məktəbə göndərməyəcəyi məsələsinə də aydınlıq gətirib. Bildirib ki, övladını məktəbə göndərmək istəməyən valideyinlər iki halda iltizam ərizəsi yazacaqlar.
Təhsil nazirinin müşaviri məktəblərdə bufet və idman zallarının açılması ilə bağlı qaydaların hazırlandığını da bildirib.
"Bununla bağlı qərar veriləcək, hansı formada açılması bir neçə gün ərzində bəlli olacaq",- deyə müşavir əlavə edib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: