İstanbulda saç əkmək üçün İtaliyadan gelen 28 yaşında İbrahim Gül həyatını itirib.
Xəstəxana rəhbərliyi şəxsin ürək tutması ilə öldüyünü iddia edib. Artıq əməliyyatı həyata keçirən həkim həbs edilib. 27 yaşlı bir uşaq atası olan İbrahim Gülün dostu bildirib ki, morqda gördüyü mənzərə onun şoka salıb.
"O mənzərəni unuda bilmirəm. Başı qan içində idi" deyib. Mərhumun İtaliyada yaşayan xanımı İstanbula çağırılıb. Acı xəbəri alan İbrahim Gülün yaxınları da Urfadan və İtaliyadan İstanbula gəliblər./Milli.Az